
Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinskinin oğlu Mutvali Şıxlınski sərbəst buraxılıb.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, Mutvali Şıxlinski bildirib ki, atası ilə birlikdə saxlanılandan bir müddət sonra onu sərbəst buraxıblar.
Mutvali Şıxlinski atasının Rusiya İstintaq İdarəsinin Sverdlovsk vilayəti üzrə idarəsinə aparıldığını deyib.
Onun sözlərinə görə, atası Səfərovların ölümü ilə bağlı cinayət işi üzrə şahid qismində istintaqa cəlb olunub.
***20:47
Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski və oğlu Mutvali Şıxlınskinin saxlanıldığı deyilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə APA-ya Yekaterinbuqrdakı azərbaycanlılar məlumat verib.
Rusiyanın teleqram kanalları saxlanılma anını əks etdirən görüntülər paylaşıb. İddia edilir ki, Şıxlinski Yekaterinburqdakı “Baku Plaza”nın önündə saxlanılıb.
Görüntüləri təqdim edirik: