
“Rusiya telekanallarının erməni multipleksində yayımının dayandırılması məsələsi ciddi müzakirə olunmalıdır”.
Yeniavaz.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərlə söhbətində Ermənistanda baş verən hadisələrlə bağlı bəzi rusiyalı yayımçıların, ictimai-siyasi xadimlərin bəyanatlarını şərh edərkən deyib.
O, xüsusən, Rusiyanın bəzi televiziya proqramlarının Ermənistan-Rusiya münasibətlərinə xələl gətirdiyini bildirib.
O, gərginlik yaradan, Ermənistan-Rusiya münasibətlərinə mənfi təsir göstərən rusiyalı aparıcıları “degeneratlar” adlandırıb.
Milli Məclisin sədri bu cür proqramlar və mövqelərin təkcə onda deyil, Ermənistan vətəndaşlarının böyük əksəriyyətində mənfi emosiyalar yaratdığını qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz