Rusiya Azərbaycana nota verdi


Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevə Bakıda saxlanılan rusiyalı jurnalistlərin dərhal azad edilməsi tələbi ilə şifahi nota təqdim edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Xatırladaq ki, iyunun 30-da “Sputnik Azərbaycan”ın ofisində əməliyyat keçirilib və 7 nəfər saxlanılıb. Bildirilir ki, Agentliyin Bakı filialının 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında DİN araşdırmalara başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top