
Pakistanın Bəlucistan vilayətinin Mastunq rayonunda silahlı şəxslər hökumət binasına və banklara hücum ediblər.
Yeniavaz.com xəbər verir ki, silahlı şəxslərə qarşı aparılan əməliyyat tədbirləri çərçivəsində təhlükəsizlik qüvvələri ilə toqquşmada azı 2 silahlı öldürülüb, 3 silahlı yaralanıb.
Bəlucistan hökumətinin sözçüsü Şahid Rind bildirib ki, silahlıların hücumu nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.
Sözçü daha sonra bildirib ki, hadisədən dərhal sonra təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıblar. Nəticədə, şiddətli atışma olub və terrorçular geri çəkilməyə məcbur olublar.
O, terrorçulara qarşı əməliyyatın davam etdirildiyini bildirib.
Hadisə ilə bağlı məsuliyyəti heç bir terror qruplaşması öz üzərinə götürməyib.


