
Prezidentin Təhlükəsizlik Xidmətinin yeni rəisi Fərid Əsgərova “general-mayor” ali hərbi rütbəsi verilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasının sosial şəbəkə hesabında dərc olunan məlumatda bildirilir.
“Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Fərid Əsgərovun Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə təyin olunması, həmçinin Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “general-mayor” ali hərbi rütbəsinə layiq görülməsi münasibətilə onu təbrik edir, bu məsuliyyətli və şərəfli fəaliyyətində uğurlar arzulayırıq”, - məlumatda deyilir.
Xatırladaq ki, ötən gün yerli KİV-də Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Eyyubovun tutduğu vəzifədən azad edilməsi, həmçinin onun müavini Fərid Əsgərovun sözügedən vəzifəyə təyin olunması barədə məlumat yayılıb.