
Yekaterinburqun Leninski Rayon Məhkəməsi Yekaterinburqda saxlanılan azərbaycanlılardan birinin - Bəkir Səfərovun həbs müddətini iyulun 19-dək 22 günlük uzadıb.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, məhkəmə iclası bağlı qapılar arxasında keçirilib.
KİV nümayəndələri yalnız elan üçün məhkəmə zalına buraxılıb.
“Səfərov Bəkir barəsində iyulun 19-u daxil olamqla həbs qətimkan tədbiri seçilsin və ev dustaqlığından imtina edilsin”, - hakim bildirib.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirilib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri tutulub. Əməliyyat zamanı iki qardaş - Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, xeyli azərbaycanlı saxlanılıb. Bir neçə nəfər xəstəxanaya yerləşdirilib.