
Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı ekspertizanın nəticələri açıqlanıb.
Yeniavaz.com AZƏRTAC-a istinadən xəbər verir ki, nəticələri Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nin baş direktoru Ədalət Həsənov brifinqdə açıqlayıb.
O bildirib ki, xüsusi yaradılmış komissiya tərəfindən meyitlər müayinə olunub:
“Meyitləri müayinə eləməmişdən öncə onların Rusiyada verilmiş ölüm haqqında tibbi şəhadətnamələrini bizə təqdim etdilər.
Böyük qardaş, 1966-cı il təvəllüdlü Səfərov Hüseyn Mehdi oğlunun şəhadətnaməsində yazılmışdı ki, travmaları var və ölümə səbəb də travmalar olub. Bildirilib ki, ona küt alətlərlə zərbələr endirilib. Amma kim tərəfindən, harada, bu qeyd olunmayıb. Biz onu müayinə edən zaman çoxlu sayda travmalar aşkarladıq. Həm xarici, həm də daxili müayinə zamanı. Burun sümüklərinin yerini dəyişən sınığı, döş qəfəsi deformasiyaya uğrayıb, assimetrikdir. Sol gözətrafı nahiyədə göz qapaqları, alnın sol yarısı və sol yanaq əhatə olunmaqla 14x12 sm sahədə hematomiya, üst və lat dodaqların selikli qişasında qançırlar, alının sağ və sol qaşüstü nahiyələrində sıyrıqlar, alının sol qabar nahiyəsində geniş qançır, döş qəfəsinin arxa səthinin sağ kürək nahiyəsində iki ədəd qançır, hər iki yuxarı ətraflarda əllərin arxa səthində qançırlar, sol xayalığın dərisi qançırlıdır. Xayalarda da qançır var. Küt alətlə vurulub” – Ə. Həsənov bildirib.
Daha ətraflı: