Magistr olmaq istəyənlər üçün ixtisas seçimi başlayır


İxtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar 7 – 13 iyul tarixlərində seçim etməlidirlər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Məlumata görə, ali təhsil müəssisələrinin magistraturalarına ixtisaslaşma seçimi zamanı istifadə olunan magistratura ixtisaslaşmalarının bakalavr ixtisaslarına uyğunluq cədvəlinin (“Magistr” №3, 2025) son variantını (pdf formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərlər.
Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul üçün ixtisaslaşma seçimi haqqında elan və qəbul planı isə bu həftə ərzində “Magistr” №4 jurnalında dərc olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top