
Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinin Smolenskaya meydanındakı binasına gəlib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, diplomat jurnalistlərə şərh vermədən keçib.
“Rusiya Xarici İşlər Nazirliyi bir gün əvvəl bildirib ki, Mustafayev Bakının qeyri-dost hərəkətləri və rusiyalı jurnalistlərin qanunsuz həbsi ilə bağlı çağırılıb”, - TASS yazır.
Xatırladaq ki, ötən gün Azərbaycan Daxili İşlər Nazirliyi “Sputnik Azərbaycan” informasiya agentliyinin ofisində əməliyyat keçirib və iki nəfər saxlanılıb.