
ABŞ-nin Müvəqqəti işlər vəkili Hüqo Qevara Azərbaycandakı diplomatik missiyasını başa vurub.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ-nin ölkəmizdəki səfirliyi məlumat yayıb.
“Son üç il ərzində o, ABŞ-Azərbaycan münasibətlərinin inkişafına əhəmiyyətli töhfə verib, ABŞ-nin nailiyyətlərini uğurla təqdim edib və ölkə boyunca insanlarla səmimi, etibarlı münasibətlər qurub. Azərbaycanda çalışarkən o, çoxsaylı unudulmaz anlar yaşayıb”, - Səfirliyin məlumatında deyilir.