“Əl Hilal” “Mançester Siti”ni mübarizədən kənarlaşdırdı – Video


İtaliyalı Simone İnzaqinin rəhbərlik etdiyi Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Hilal” ABŞ-də keçirilən klublararası dünya çempionatında İngiltərənin “Mançester Siti” klubunu əlavə vaxtda 4:3 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.
Yeniavaz.com
xəbər verir ki, əsas vaxtın sonunda hesab 2:2 olub.
9-cu dəqiqədə “Mançester Siti”nin portuqaliyalı yarımmüdafiəçisi Bernardo Silva hesabı açıb. 46-cı dəqiqədə braziliyalı hücumçu Markos Leonardo bərabərliyi bərpa edib. 52-ci dəqiqədə braziliyalı hücumçu Malkom “Əl Hilalı” hesabda irəli çıxarıb. 55-ci dəqiqədə “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haaland fərqlənib. 94-cü dəqiqədə seneqallı müdafiəçi Kalidou Koulibalı Səudiyyə Ərəbistanı təmsilçisini yenidən hesabda irəli çıxarıb. 104-cü dəqiqədə “Mançester Siti”nin üçüncü qolunu ingilis yarımmüdafiəçisi Fil Foden vurub. 112-ci dəqiqədə Markos Leonardo “Əl Hilal”a qələbə qazandıran qolu vuraraq dubl edib.
1/4 finalda “Əl Hilal” 1/8 finalda İtaliya ikincisi “İnter”i 2:0 hesabı ilə məğlub edən Braziliyanın “Fluminense” klubu ilə qarşılaşacaq.

DİGƏR XƏBƏRLƏR

Top