Avro bahalaşıb 2 manatı ötdü – 46 ay sonra


2025-ci ilin 1 iyul tarixinə avro bahalaşaraq 2,0035 manat təşkil edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə valyuta məzənnələrinə dair Azərbaycan Mərkəzi Bankının bu gün açıqladığı məlumatda qeyd olunub.
Bildirilir ki, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. Həmçinin Rusiyanın 100 rublu 2,1707 manatadək, Türkiyə lirəsi isə 0,0427 manatadək bahalaşıb.
Qeyd edək ki, avronun məzənnəsi sonuncu dəfə 2021-ci il sentyabrın 17-də, yəni  46 ay bundan əvvəl 2 manatı keçib.
Həmin tarixdə avronun məzənnəsi 2,0014 manat müəyyən olunub.

DİGƏR XƏBƏRLƏR

Top