
Türkiyədə nəşr olunan “Leman” jurnalı barəsində istintaq başladılıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb jurnalda dərc olunmuş karikaturalardan birində Hz. Məhəmməd və Hz. Musanın təsvir edilməsi iddiasıdır.
Ədliyyə naziri Yılmaz Tunç, jurnal haqqında İstanbul Respublika Baş Prokurorluğu tərəfindən “dini dəyərləri açıq şəkildə təhqir etmə” ittihamı ilə istintaq başladıldığını açıqlayıb.
Baş Prokurorluq karikatura ilə bağlı 4 nəfərin saxlanılması barəsində qərar verildiyini bildirib. Həmin şəxslər arasında karikaturanın müəllifi, jurnalın 2 redaktoru və məsul redaksiya müdiri yer alır. Baş Prokurorluq, hadisə ilə bağlı ictimaiyyəti məlumatlandıracağını qeyd edib.
Daxili işlər naziri Ali Yerlikaya isə karikatura müəllifinin saxlanıldığını açıqlayıb. Yerlikaya həbs görüntülərini də paylaşıb.
Peygamber Efendimizin (S.A.V) karikatürünü yaparak nifak tohumları ekmeye çalışanları bir kez daha lanetliyorum.
— Ali Yerlikaya (@AliYerlikaya) June 30, 2025
Bu alçak çizimi yapan D.P. adlı şahıs yakalanarak gözaltına alınmıştır.
Bir kez daha yineliyorum:
Bu hayasızlar hukuk önünde hesap verecektir. pic.twitter.com/7xYe94B65d
Digər tərəfdən sosial şəbəkələrdə təşkilatlanmış “Böyük Şərq Akıncıları Dərnəyi”nin çağırışı ilə toplaşan qruplar “Leman” jurnalının binasına hücum ediblər. Binanın qapıları və şüşələri sındırılıb. Daha sonra polis müdaxilə edib.
“Leman” jurnalı məsələ ilə bağlı açıqlama yayıb.
“Burada karikatura müəllifi İsrail tərəfindən öldürülmüş bir müsəlmanı təsvir edərək məzlum müsəlmanlarıb haqlılığını göstərmək istəyib. Dini dəyərləri təhqir etmək kimi bir məqsəd əsla yoxdur. Bizə yapışdırılan bu ləkəni qəbul etmirik, çünki Peyğəmbər Əfəndimizin heç bir təsviri yoxdur. Bu karikaturanı belə yozmaq üçün çox pis niyyətli olmaq lazımdır”, - jurnalın açıqlamasında deyilir.
Bundan əlavə, jurnalın sözügedən sayı ilə bağlı müsadirə qərarı verildiyi bildirilib. Əldə edilən məlumata görə, Baş Prokurorluq tərəfindən jurnalın sosial media hesablarına girişin məhdudlaşdırılması üçün də zəruri tədbirlər görülməyə başlanılıb.
