Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır


Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.
Yeniavaz.com
xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üçün pensiya yaşı 64 il 6 ay olacaq.
Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılmalıdır.
2021-ci ilin 1 iyulunda kişilərin pensiya yaşı 65-ə çatdırılıb. 2027-ci ilin 1 iyulunda isə qadınların pensiya yaşı 65-ə çatdırılacaq.

DİGƏR XƏBƏRLƏR

Top