Uiitkoff İran hakimiyyəti ilə məsləhətləşmələrə davam edir


ABŞ-nin xüsusi elçisi Stiven Uitkoff İranla müzakirələri davam etdirir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
“Xüsusi elçimiz Stiven Uitkoff iranlılarla həm birbaşa, həm də vasitəçilər vasitəsilə əlaqə saxlayır. Bu ünsiyyət prosesi davam edir. ABŞ Prezidenti Donald Tramp İranla danışmayıb", - o deyib.
Levitt bu həftə ABŞ-İran üzbəüz danışıqlarının keçirilməsinin mümkünlüyü ilə bağlı suala birbaşa cavab verməyib.
Xatırladaq ki, iyunun 28-də “NBC News” xəbər verib ki, ABŞ-nin xüsusi elçisi Stiven Uitkoff yaxın günlərdə İran nümayəndələri ilə Tehranın nüvə proqramı üzrə mümkün sazişin bağlanması ilə bağlı məsləhətləşmələr aparacaq.

DİGƏR XƏBƏRLƏR

Top