
İsrail Qəzzada çimərlik kafesinə zərbə endirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstinin HƏMAS hərəkatına yaxın olan “Qüds” portalı məlumat yayıb.
Bildirilib ki, zərbə nəticəsində ölənlərin sayı 33-ə çatıb.
Mənbənin sözlərinə görə, atəş nəticəsində yaralananlar də var, lakin onların dəqiq sayı barədə məlumat verilmir. Qəzza Səhiyyə Nazirliyi hələlik bombardman nəticəsində ölən və yaralananlarla bağlı məlumatı rəsmi şəkildə şərh etməyib.
Bundan əvvəl “Əl-Cəzirə” telekanalı bildirib ki, zərbə qurbanları arasında anklavdakı həyatla bağlı reportajları ilə tanınan fələstinli jurnalist İsmayıl Əbu Hətab da var.