
Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Eyyubovun tutduğu vəzifədən azad edildiyi bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Gununsesi.info” məlumat yayıb.
Məlumata görə, Bəylər Eyyubov Prezidentin Katibliyinin rəisi təyin olunub.
Qeyd edək ki, 74 yaşlı B.Eyyubov 2003-2020-ci illərdə Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi - Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini vəzifəsini tutub. 16 mart 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.
O, göstərdiyi xidmətlərinə görə “Şərəf”, “Azərbaycan bayrağı”, “Vətənə xidmətə görə” (3 dəfə) və digər orden və medallarla təltif edilib.