
2026-cı ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə F1-in rəsmi saytında məlumat dərc olunub.
Bildirilib ki, Azərbaycan Qran-prisi əvvəldən nəzərdə tutulduğu kimi sentyabrın 25-27-si deyil, 24-26-sı aralığında baş tutacaq.
Səbəb olaraq isə 27 sentyabrda Azərbaycanda Anım gününün keçirilməsi göstərilib.