
Avropa İttifaqı (Aİ) iyunun 26-da Brüsseldə keçirilən sammitdə qəbul edilən qərarla Rusiyaya qarşı sanksiyaların bütün spektrini rəsmən daha altı ay uzadıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.
“Aİ Şurası Rusiyaya qarşı sanksiyaların müddətini 6 ay - 31 yanvar 2026-cı il tarixinədək uzadıb”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Aİ Rusiyaya qarşı ilk iqtisadi məhdudiyyətləri 2014-cü ilin iyul ayında tətbiq edib. O vaxtdan bəri bütün sonrakı məhdudlaşdırıcı tədbirlər hər altı aydan bir uzadılıb.