“Putin-Əliyev söhbəti gündəmdə deyil” – Kreml


“Azərbaycandan olan şəxslərin Yekaterinburqda saxlanmasının səbəblərini və mahiyyətini Bakıya izah etmək üçün işlərin davam etdirilməsi vacibdir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, Moskva hüquq-mühafizə orqanlarının bir etnik qrupun fəaliyyətini dayandırdığı Yekaterinburq hadisələri ilə bağlı Bakının Rusiya tərəfində tədbirləri ləğv etmək qərarlarından təəssüflənir.
“Biz Azərbaycanla yaxşı münasibətlərimizi daha da inkişaf etdirməkdə maraqlıyıq”, - Peskov bildirib.
O deyib ki, Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan lideri İlham Əliyevin söhbəti gündəmdə deyil:
“Hazırda belə bir söhbət gündəmdə deyil, digər tərəfdən, ehtiyac olarsa, ən qısa zamanda baş tutacaq”.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

DİGƏR XƏBƏRLƏR

Top