Bakıda orta aylıq əməkhaqqı 1386 manatdır – Rəsmi


2025-ci ilin yanvar-aprel aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1385,9 manat təşkil edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumatda bildirilir.
Qeyd olunub ki, bu göstərici  2024-cü ilin müvafiq dövrünə nisbətən 8,1 faiz artıb.
Qeyd edek ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,2 faiz artaraq 1100,6 manata bərabər olub.
Orta aylıq nominal əməkhaqqı əvvəlki dövr ilə (yanvar-mart 2025) müqayisədə isə 16 manat 80 qəpik artıb.
Belə ki, bu ilin yanvar-mart aylarında orta aylıq əməkhaqqı 1083 manat 80 qəpik olub.

DİGƏR XƏBƏRLƏR

Top