Bəzi yollarda tıxac var – Siyahı


Paytaxt Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın sıxlığı müşahidə olunur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, hal-hazırda sıxlıq olan yollar aşağıdakılardır:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
 2. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;
 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
 4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
 5. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
 6. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
 7. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində.

DİGƏR XƏBƏRLƏR

Top