Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək – KİV


“Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən öldürülən azərbaycanlıların nəşləri “Ural Hava Yolları” vasitəsilə sabah Vətənə gətiriləcək”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Report” məlumat yayıb.
Bildirilib ki, hazırda konsulluqda bununla bağlı işlər gedir.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

DİGƏR XƏBƏRLƏR

Top