
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç ölkənin müxtəlif bölgələrində baş verən silsilə meşə yanğınlarında iştirakda şübhəli bilinən 17 nəfərin saxlanıldığını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.
“Baş vermiş yanğınlarla bağlı prokurorluq orqanları tərəfindən aparılan çoxşaxəli və hərtərəfli araşdırmalar çərçivəsində bu günədək 17 şübhəli şəxs saxlanılıb”, - nazir yazıb.
Tunç qeyd edib ki, bu, iyunun 26-28-də respublikanın bir sıra əyalətlərində başlayan yanğınlara aiddir.
Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı bildirib ki, son iki gündə ölkədə 150 meşə yanğını qeydə alınıb, onlardan 83-ü şənbə günü, iyunun 28-də baş verib.