Bakıda kanalizasiyaya düşən gəncin meyiti tapılıb


Bakının Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə kanalizasiyaya düşən gəncin meyiti tapılıb.
Yeniavaz.com
xəbər verir ki, onun meyiti Hövsan qəsəsbəsinin ərazisində aşkar olunub.
Qeyd edək ki, 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və o, kanalizasiya xəttinə düşüb.
Hadisənin sosial şəbəkələrdə görüntüləri yayılıb.
Görüntülərdən aydın olur ki, Cümşüd kanalizasiya xəttinə lükün qapağı açıq olduğuna görə deyil, çökmə baş verdiyi üçün düşüb.
Hadisənin iyunun 26-da baş verdiyi bildirilir. Cümşüd ailənin tək övladı olub və o, hadisə baş verən gün evdən marketə getmək adı ilə çıxıb.

DİGƏR XƏBƏRLƏR

Top