
Azərbaycan XİN Rusiya Federasiyasının Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlar ilə bağlı bəyanat yayıb.
Yeniavaz.com xəbər verir ki, bəyanatda Rusiya tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsinin gözlənildiyi qeyd olunub.
Bəyanatda bildirilib ki, 27 iyun tarixində səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlığımızı bildiririk.