Tramp and içib ki, Rusiya NATO ölkələrinə hücum etməyəcək – KİV


ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, o, Ağ Evdə olduğu müddətdə Rusiya NATO ölkələrinə hücum etməyəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Haaqada keçirilmiş NATO sammitinin əsas sessiyası zamanı Tramp “and içərək” bildirib ki, Rusiya tərəfindən heç bir təhlükə olmayacaq. O, həmçinin alyans ölkələrinin müdafiə xərclərini artırmaq istiqamətində gördükləri tədbirləri müsbət qarşılayıb.
Qəzetin həmsöhbətləri qeyd ediblər ki, Avropadakı NATO ölkələrinin liderləri Trampı tərifləyiblər. Bildirilib ki, buna səbəb Trampın onları hərbi xərcləri artırmağa sövq edib. Bəzi liderlər isə ABŞ Hərbi Hava Qüvvələrinin İranın nüvə obyektlərinə endirdiyi aviazərbələri yüksək qiymətləndiriblər.
İyunun 19-da Rusiya Prezidenti Vladimir Putin Avropa və NATO ölkələrinə hücum planlaşdırıldığı barədə iddiaları “yalan və cəfəngiyyat” adlandırıb.

DİGƏR XƏBƏRLƏR

Top