Tanınmış həkim 99 yaşında vəfat etdi


Azərbaycan Respublikasının əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universiteti (ATU) məlumat yayıb.
Qeyd edək ki, 99 yaşlı Nəsibə Hüseynova 1970–1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşaq xəstəlikləri kafedrasının müdiri olub, 1992-2022-ci illərdə həmin kafedranın professoru vəzifəsində çalışıb.
O, həmçinin 1971-1976-cı illərdə Bakıda baş pediator, 1976-2022-ci illərdə Səhiyyə Nazirliyinin baş uşaq qastroenteroloqu olub.

DİGƏR XƏBƏRLƏR

Top