
Azərbaycan Ordusunun hərbçisinin Daşkəsəndə vəfat etdiyi bildirilir.
Yeniavaz.com xəbər verir ki, yaxınlarının sosial şəbəkələrdə yaydığı məlumata görə, Zaqatala rayonunun Qımır kəndindən olan gizir, 1986-cı il təvəllüdlü Sadiq Əsgərov hərbi nəqliyyat vasitəsinin altında qalaraq həyatını itirib.
Bildirilir ki, o ailəli olub və 3 övladı var imiş.
Allah rəhmət eləsin!
