Azərbaycanda bank sektorunun son vəziyyəti açıqlandı


Bu ayın əvvəlinə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən bankların filiallarının sayı 494, şöbələrinin sayı 87, ATM-lərin sayı 3 332 olub.
Yeniavaz.com
xəbər verir ki, son bir ildə bankın filiallarının və ATM-lərin sayı artıb, şöbələrinin sayı isə azalıb.
Belə ki, ötən ilin iyun ayının əvvəlində ölkədə bankın filiallarının sayı 483, şöbələrinin sayı 97, ATM-lərin sayı 3 061 olub.
Qeyd olunur ki, may ayı ərzində bank sektorunda çalışanların sayı 0,1% və ya 26 nəfər artaraq 25 965 nəfər təşkil edib.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 56 milyard 549,7 milyon manat, cəmi öhdəlikləri 49 milyard 690,3 milyon manat olub. May ayında bankların cəmi aktivləri və cəmi öhdəlikləri müvafiq olaraq 3,6% və 4,3% artıb.
Hesabat ayında bankların kredit portfeli 1% və ya 290 milyon manat artaraq 28 milyard 386,5 milyon manat olub. Kredit portfelinin strukturu aşağıdakı kimi olub:
Biznes kreditləri – 53,2% (15 milyard 100 milyon manat),
İstehlak kreditləri – 31,3% (8 milyard 881,9 milyon manat),
İpoteka kreditləri – 15,5% (4 milyard 404,6 milyon manat).


Bankların öhdəliklərinin strukturunda isə ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir. Cəmi öhdəliklərin 76,8%-i və ya 38 milyard 179,3 milyon manatı depozit portfelinə daxildir. Depozit portfelinin 61,4%-i (23 milyard 445,1 milyon manat) hüquqi şəxslərin, 38,6%-i (14 milyard 734,2 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 66,7%-i (9 milyard 835,1 milyon manat) milli valyutada, 33,3%-i (4 milyard 899,2 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 62,4%-i (9,198.5 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Bu may ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 2% (3 205 əmanətçi), ilin əvvəlindən isə 9,7% (14 542 əmanətçi) artıb.
Bu ilin yanvar-may aylarında banklar 430,7 milyon manat xalis mənfəət, 708,2 milyon manat məbləğində əməliyyat mənfəəti əldə edib. 5 ayda banklar tərəfindən ümumilikdə 109 milyon manat məbləğində mənfəət vergisi ödənilib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top