
İyunun 13-də İsraillə silahlı münaqişə başlayandan bəri İranın hüquq-mühafizə orqanları ən azı 700 nəfəri İsrail kəşfiyyat xidmətlərinə işləmək şübhəsi ilə saxlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Məlumata görə, ən çox həbslər Kirmanşah, İsfahan, Xuzistan, Fars və Lorestan əyalətlərində qeydə alınıb.
“Fars”ın məlumatına görə, məhbuslar İsrailin maraqları naminə İran ərazisindən kiçik pilotsuz təyyarələr buraxmaqda, əldəqayırma bombalar hazırlamaqda və İsrail kəşfiyyat xidmətlərinə ötürmək məqsədilə hərbi obyektləri lentə almaqda ittiham olunurlar.
Bildirilir ki, iyunun 13-dən bəri təkcə Tehranda 10 mindən çox kiçik PUA ələ keçirilib.