Si Cinpin BRİKS sammitində iştirak etməyəcək


Çin Prezidenti Si Cinpin iyulda Rio-de-Janeyroda keçiriləcək BRİKS sammitində iştirak etməyəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə mənbələrə istinadla “South China Morning Post” (SCMP) qəzeti məlumat yayıb.
Qəzet yazır ki, vəziyyətlə tanış olan adı açıqlanmayan rəsmilər bildiriblər ki, Pekin Braziliya hökumətini sammitdə Çinin nümayəndə heyətinə Çinin Baş naziri Li Qianqın rəhbərlik edəcəyi barədə məlumatlandırıb.
Çin liderinin sammitdə iştirak etməməsinə səbəb kimi göstərilib ki, Si Cinpin artıq bir ildən az müddətdə Braziliya prezidenti Luiz İnasiu Lula da Silva ilə iki dəfə görüşüb: əvvəlcə ötən ilin noyabrında Braziliyada keçirilən G20 sammitində, sonra isə mayda Pekində Çin-Latın Amerikası və Karib hövzəsi ölkələrinin icması forumunda.
Hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun Braziliyanın “Folha de S.Paulo” qəzetinə deyib ki, zirvədə iştirakla bağlı məlumat müvafiq vaxtda veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top