
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində səfərdə olduğu Haaqada ABŞ Prezidenti Donald Tramp ilə görüşüb.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, görüş zamanı Ərdoğan, İsrail və İran arasında əldə olunan atəşkəsi məmnuniyyətlə qarşıladığını bildirib.
Prezident Ərdoğan, Qəzzadakı humanitar fəlakətin bir an əvvəl sona çatdırılması üçün yaxın dialoqun vacibliyini qeyd edib.
Həmçinin, liderlər NATO-nun aparıcı müttəfiqləri kimi Alyansın çəkindirici gücünü gücləndirmək üçün addımların atılmasının vacibliyini vurğulayıblar.