
ABŞ Prezidenti Donald Tramp atəşkəs rejiminin pozulması fonunda həm İsraildən, həm də İrandan razı olmadığını bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, Tramp həm Təl-Əvivin, həm də Tehranın bir neçə saat əvvəl elan edilmiş atəşkəsi pozduğunu bildirib.
Bu baxımdan, Amerika lideri hər iki tərəfdən, xüsusilə də İsraildən razı olmadığını bildirib.
Agentlik yazır ki, o, həmçinin İranın nüvə potensialının məhv olduğunu qeyd edib.