
İsrailin zərbəsi nəticəsində İranın daha bir nüvə alimi öldürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “NourNews” agentliyi məlumat yayıb.
Məlumata görə, Məhəmməd Rza Sadiqi İsrailin hücumu nəticəsində həlak olub.
Agentliyin məlumatına görə, İsrail atəşkəs razılaşması qüvvəyə minməzdən əvvəl səhər saatlarında hücuma başlayıb.