İsrail Gilan əyalətinə hücum etdi – 9 nəfər həlak oldu


İsrailin hava zərbəsindən sonra İranın şimalında yerləşən Gilan əyalətində ən azı 9 nəfər ölüb, 33 nəfər yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə əyalət rəsmilərinə istinadla “Tasnim” agentliyi məlumat yayıb.
“Bu səhər terror aktı nəticəsində dörd yaşayış binası tamamilə dağılıb, yaxınlıqdakı çoxlu sayda ev partlayış nəticəsində zərər görüb. Bu hücum nəticəsində 9 nəfər həlak olub, 33 nəfər yaralanıb”, - agentliyin mənbələri bildirib.
Məlumata görə, yaralılar arasında 16 nəfər qadın va uşaq olub. Onlardan 5 nəfəri xəstəxanaya yerləşdirilib, 28-i isə ambulator müalicəyə buraxılıb.

DİGƏR XƏBƏRLƏR

Top