
İran parlamentinin Milli Təhlükəsizlik Komitəsi Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən sonra Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əməkdaşlığın dayandırılması planını təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi komitənin nümayəndəsinə istinadla məlumat yayıb.
Qeyd olunub ki, komitə üzvləri İran hökumətini beynəlxalq nüvə tənzimləyicisi ilə əməkdaşlığı dayandırmağa məcbur edən qanun layihəsinin ümumi müddəalarını təsdiqləyiblər.