
İsrailin cənubunakı Beer-Şeva şəhərindəki 7 mərtəbəli binaya raket düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə N12 telekanalı İsrailin təcili yardım xidmətinə istinadla məlumat yayıb.
Məlumata görə, İran raketinin düşməsi nəticəsində 4 nəfər ölüb, azı 20 nəfər yaralanıb.
Qeyd olunub ki, iki zərərçəkən orta dərəcəli bədən xəsarətləri alıb.
“The Times of Israel” qəzeti isə məlumat verib ki, İran İsrailin cənubuna 6 raket atıb.
Birinci zərbə iki, ikinci zərbə dörd raketdən ibarət olub. İkinci zərbədə olan raketlərdən biri Beer-ŞeVa şəhərindəki yaşayış binasına düşüb.