“İsrail və İran tam atəşkəs barədə razılığa gəliblər” – Tramp


ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrail və İran yaxın saatlarda tam atəşkəs barədə razılığa gəliblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Amerika lideri “Truth sosial”dakı hesabında yazıb.
“İsrail və İran 12 saat ərzində tam atəşkəs (təxminən 6 saat sonra, İsrail və İran hazırkı və son əməliyyatlarını başa vurduqdan sonra!) olacağına dair tam razılığa gəliblər və bu zaman müharibə başa çatmış hesab olunacaq. 12-ci saatda İran atəşkəsə başlayacaq və 24-cü saatda dünya 12 günlük müharibənin bitməsini qeyd edəcək”, - Tramp Bakı vaxtı ilə 02:02-də yazıb.
Tramp bildirib ki, atəşi ilk kəsən İslam Respublikası olacaq və yəhudi dövləti bunu 12 saat sonra edəcək.
“Atəşkəs tərəflərin sülh və hörmətlə hərəkət etməsini şərtləndirir. Fərz etsək ki, hər şey olduğu kimi gedəcək və elə də olacaq, mən hər iki ölkəni – İsraili və İranı “12 günlük müharibə” adlandırılmalı olan müharibəni sona çatdırmaq üçün mətanət, cəsarət və zəkaya malik olduqlarına görə təbrik etmək istərdim. Bu müharibə illərlə davam edə və bütün Yaxın Şərqi məhv edə bilərdi, lakin bu, olmayıb və olmayacaq!”
Qeyd edək ki, hazırda hər iki ölkə digərinin ərazisinə hücumları davam etdirir.

DİGƏR XƏBƏRLƏR

Top