
“ABŞ Prezidenti Donald Tramp ABŞ-nin Yaxın Şərqə növbəti hərbi müdaxiləsini istəmir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN ABŞ administrasiyasının adının açıqlanmayan rəsmisinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, eyni zamanda, Tramp lazım gələrsə, münaqişəni gərginləşdirməyə hazırdır. ABŞ rəsmisi həmçinin qeyd edib ki, Vaşinqton Tehrandan ABŞ-nin İranın nüvə obyektlərinə zərbələrinə cavab verəcəyini gözləyir.
“Biz onların qisas alacaqlarını bilirdik. Onların reaksiyası Qasem Süleymanidən sonra verdikləri reaksiyaya bənzədi”, - telekanal rəsmidən sitat gətirir.
Qeyd edək ki, 2020-ci ildə Tramp iranlı general Qasım Süleymaninin Bağdad hava limanında öldürülməsinə göstəriş verib. Süleymaninin ölümü ABŞ-İran qarşıdurmasında yeni mərhələyə səbəb oldu: İran generalın öldürülməsindən beş gün sonra ABŞ-nin İraqdakı iki hərbi obyektinə cavab zərbəsi endirilib.