
“Amerikalıların vurduğu Fordo, Natanz və İsfahandakı nüvə obyektləri tamamilə məhv edilib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.
“İranda vurduğumuz obyektlər tamamilə dağıdılıb və bunu hamı bilir”, - amerikalı yazıb.
Eyni zamanda, o, Fordo, Natanz və İsfahandakı obyektlərə qarşı hərbi əməliyyatın tam uğuru barədə məlumat verən ABŞ administrasiyasının bəyanatlarının düzgünlüyünə şübhə ilə yanaşan Amerika KİV-lərini kəskin tənqid edib.
Xatırladaq ki, iyunun 22-nə keçən gecə Amerika Silahlı Qüvvələri İranın üç nüvə obyektinə - Fordo, Natanz və İsfahanda hücum edib. Eyni zamanda, döyüş şəraitində ilk dəfə olaraq GBU-57 super güclü beton deşici bombalardan istifadə edilib.