
“Qətər İranın əmirliyin ərazisində yerləşən Amerikanın “Əl Udeid” aviabazasına endirdiyi zərbələrə proporsional cavab vermək hüququnu özündə saxlayır”.
Yeniavaz.com xəbər verir ki, bunu Qətər Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü, Baş nazirin müşaviri Məcid bin Məhəmməd əl-Ənsari sosial şəbəkə hesabında yazıb.
“Biz təsdiq edirik ki, Qətər Dövləti bu açıq təcavüzün xarakterinə və miqyasına uyğun və beynəlxalq hüquqa uyğun olaraq birbaşa cavab vermək hüququnu özündə saxlayır”, - Ənsari yazıb.
O, “Əl-Udeid” bazasının şəxsi heyətinin əvvəlcədən təxliyə edildiyini, hücum nəticəsində heç kimin xəsarət almadığını təsdiqləyib.