PSJ Donnarumma ilə müqavilənin uzadılması ilə bağlı danışıqlar aparır – KİV


“PSJ və italiyalı qapıçı Canluici Donnarumma arasında müqaviləni uzatmaq üçün danışıqlar gedir”.
Yeniavaz.com 
xəbər verir ki, bu barədə insayder Nikolo Şira sosial şəbəkə hesabında məlumat yayıb. 
Mənbənin sözlərinə görə, razılığa gəlməyə çalışmaq üçün yaxın vaxtlarda yeni görüş baş tutmalıdır.
Xatırladaq ki, Donnarumma 2021-ci ilin iyulundan Paris klubunda çıxış edir. Başa çatan mövsümdə italiyalı qolkiper 40 matçda iştirak edib, burada 39 qol buraxıb. Futbolçunun parislilərlə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi hesablanıb.“Transfermarkt” portalının məlumatına görə, qapıçının qiyməti 40 milyon avrodur.

DİGƏR XƏBƏRLƏR

Top