
“İran hesab edir ki, İsrail və onun müttəfiqləri ilə münaqişə iki il uzana bilər və Tehran belə bir inkişafa hazırdır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə adı açıqlanmayan iranlı məmura istinadən CNN məlumat yayıb.
İran hakimiyyətinin fikrincə, hərbi əməliyyatların müvəqqəti dayandırılması çağırışları İranın müharibəni davam etdirməyə hazırlığını qiymətləndirmək üçün diqqəti yayındırmaqdan başqa bir şey deyil:
“Mənəvi əhval-ruhiyyə yüksəkdir və İran xalqının İsrailə zərbə endirmək tələbi misilsizdir”.
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb və bir gün keçməmiş İslam Respublikası cavab hücumu həyata keçirib. Qarşılıqlı zərbələr davam edir. Hər iki tərəf bu hücumlar nəticəsində itkilər barədə məlumat verir və bir sıra obyektlərə zərbələr endirdiyini etiraf edib. Münaqişənin kəskinləşməsindən doqquz gün sonra ABŞ İrana zərbə endirib.