“Real” Vinisiusla müqaviləni uzadır


İspaniyanın “Real Madrid” klubu vinger Vinisius Juniorla müqaviləni uzadacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, 24 yaşlı braziliyalının yeni müqaviləsi 2030-cu ilə qədər hesablanacaq.
Daha əvvəl Vinisiusun 20 milyon avro məvacib alacağı və bu maaşın hər növbəti mövsümdə artacağı barədə məlumat yayılmışdı.
Qeyd edək ki, futbolçu 2018-ci ilin iyulundan 45 milyon avroya “Flamenqo”dan Madrid klubuna transfer olub.
Vinisiusun hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

DİGƏR XƏBƏRLƏR

Top