
İsrail Müdafiə Qüvvələri (IDF) İranın qərbi, şərqi və mərkəzi hissəsindəki altı aerodromuna zərbələr endirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Hava üstünlüyünü gücləndirmək səyləri çərçivəsində İsrail Müdafiə Qüvvələri İranın qərbi, şərqi və mərkəzi hissəsində İranın 6 aerodromuna hücum edib. Zərbələr uçuş-enmə zolaqlarına, yeraltı obyektlərə və yanacaqdolduran təyyarələrə ziyan vurub. Pilotsuz uçuş aparatları həmçinin 15 döyüş təyyarəsini və helikopterini məhv edib”, - deyə məlumatda bildirilir.