
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə müqaviləsini uzatmağa yaxındır.
Yeniavaz.com xəbər verir ki, bu barədə insayder Nikolo Skira “X” sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, son həftələrdə bir neçə klub portuqaliyalıya müraciət edib, lakin futbolçu hazırkı komandasında qalmağa qərar verib.
Mənbənin sözlərinə görə, tərəflər arasında danışıqlar son mərhələdədir.
Qeyd edək ki, Kriştianu Ronaldonun “Əl-Nəsr”lə yeni müqaviləsi 2026-cı ilin iyun ayına kimi nəzərdə tutulub. Mövcud müqavilənin müddəti isə 2025-ci ilin yayında başa çatıb.
Altı dəfə “Qızıl top”un sahibi 2023-cü ilin yanvarından Səudiyyə klubunda oynayır. Ötən mövsüm Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 35 qol vurub və 4 məhsuldar ötürmə edib.