MBA-nın çempionu bəlli oldu


“Oklahoma Siti” doğma meydanda “Indiana” üzərində 103:91 hesablı qələbə qazanaraq Milli Basketbol Assosiasiyasının (MBA) pley-off final seriyasının yeddinci oyununda qalib gəlib və turnirin çempionu olub.
Yeniavaz.com
xəbər verir ki, “Oklahoma Siti” seriyanı 4–3 hesabı ilə qazanıb.
Bu, komandanın 2008-ci ildə Sietldən Oklahomaya köçdükdən sonra qazandığı ilk MBA çempionluğudur. Klub Sietldə yerləşdiyi dövrdə – 1978, 1979 və 1996-cı illərdə finala çıxmış, yalnız 1979-cu ildə “Vaşinqton” üzərində 4–1 hesablı qələbə qazanaraq çempion ola bilmişdi. 2012-ci ildə isə “Oklahoma” finalda “Mayami”yə 1–4 hesabı ilə uduzmuşdu.
“Indiana” isə tarixində ikinci dəfə MBA finalında oynayıb. İlk dəfə 2000-ci ildə “Los-Anceles Leykers”ə 2–4 uduzmuşdu.
Final seriyasının ən dəyərli oyunçusu (MVP) kanadalı müdafiəçi Şey Gildjes-Aleksandr seçilib. Həlledici oyunda o, 29 xal, 5 ribaund və 12 məhsuldar ötürmə ilə çıxış edib. O, bir mövsümdə həm müntəzəm çempionatın, həm də final seriyasının MVP-si seçilən tarixdəki doqquzuncu oyunçu olub.

DİGƏR XƏBƏRLƏR

Top