
ABŞ-nin hərbi əməliyyatı nəticəsində İranın yeraltı nüvə obyektləri maksimum zərər görüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə bazar günü ABŞ Prezidenti Donald Tramp “Truth Social”dakı hesabında yazıb.
“Peyk görüntülərindən göründüyü kimi, İrandakı bütün nüvə obyektlərinə monumental ziyan dəyib. Məhv etmək düzgün termindir! Ən dağıdıcı zərər yer səviyyəsindən çox aşağıda verildi, hədəfdə!" – Tramp bildirib.
Xatırladaq ki, Prezident Tramp iyunun 22-nə keçən gecə ABŞ ordusunun İrandakı üç nüvə obyektinə – Fordo, Natanz və İsfahana uğurla hücum etdiyini açıqlayıb. O bildirib ki, Tehran münaqişəni dayandırmağa razı olmalıdır. İsrail İranın nüvə proqramına yönəlmiş əməliyyat çərçivəsində iyunun 13-dən İrana gündəlik zərbələr endirir.