Dəməşqdə kilsədə terror aktı törədilib – Xeyli sayda ölü və yaralı var


Suriyanın paytaxtı Dəməşqdə terror aktı törədilib.
Yeniavaz.com
xəbər verir ki, hadisə paytaxtın şərqində xristian kilsəsində baş verib.
SANA agentliyinin məlumatına görə, terror aktı nəticəsində 9 mülki şəs həlak olub, 13 nəfər yaralanıb.
Ölkə mətbuatında dərc olunan məlumatlarda bildirilir ki, partlayıcı qurğu məbədə daxil olan kamikadze tərəfindən işə salınıb.
Hücum xristianların məskunlaşdığı Duveyla məhəlləsində baş verib. Polis ərazini mühasirəyə alıb, əraziyə xeyli sayda təcili tibbi yardım avtomobilləri cəlb olunub.
Ölü və yaralıların sayının artacağı istisna olunmur.

DİGƏR XƏBƏRLƏR

Top